İntihar edən müəllimin məktubları açıldı: “Oğul qatili olmaq istəmədim” - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İntihar edən müəllimin məktubları açıldı: “Oğul qatili olmaq istəmədim” - FOTO (YENİLƏNİB)

Kəndin bələdiyyə sədri Budaq Şıxnəsirli Publika.az-a açıqlamasında Bayram Seyidov intiharının səbəbini və bütün problemlərini təfərrüatı ilə yazdığını deyib:

“Bayram müəllim hər kəs tərəfindən sevilən, hörmət edilən biri idi. Uzun müddət müəllim işləyib, 5 il bələdiyyə sədri olub. Bir ildən çoxdur ki, işsizdir. İntihar etməsinin səbəbini gündəliyində qeyd edib. İntihar edəndə evdə tək olub. İntihar etdiyi otağın qapısının üzərinə “rəsmi dövlət nümayəndəsi, yəni icra nümayəndəsi, prokuror olmadan heç kim qapımı açmasın” yazıb. Elə də oldu, qapı rayon prokurorunun iştirakı ilə açılıb. Orada Bayram müəllimin meyiti və gündəliyi tapılıb. Həmin gündəlikdə bütün problemlərini yazıb. İndi gündəlik prokuror Valeh müəllimdədir. O, gündəlikdə yazılan bəzi fikirləri kənd camaatına oxudu. Səbəb ailə üzvlərinin ona qarşı hörmətsizliyi və münasibətidir. Xüsusən də, üçüncü oğlu Əjdərlə bağlı problemləri olub. Prokuror gündəlikdəki digər yazıları açıqlaya bilməyəcəyini dedi”.

Bələdiyyə sədri bildirdi ki, ölməmişdən əvvəl B.Seyidov atasının və anasının şəklini “facebook”da paylaşıb:

“Həmin paylaşımda “sizin yanınıza gəlirəm, görüm hansınız məni tez qarşılayacaqsınız” yazıb. Yəni, bu insan əvvəldən intihara hazırlaşıb. Hər bir ailədə söz-söhbət ola bilər. Lakin ailə daxili məsələdir, dəqiq səbəbi, problemi bilmərik. Özü ilə bir yerdə işləmişik, ondan ailəsi haqqında heç bir problem eşitməmişik. Əjdər 28 yaşlarında cavan oğlandı, kənddə təsərrüfat işləri ilə məşğul olurdu. Bayram müəllimin iki evi var idi. Biri atasından qalma, biri özünün. Gündəliyində də yazıb ki, ata evinin 4 uşağı - 3 oğlu və 1 qızı arasında bölünməsini istəyib. Oğlu Əjdər və yoldaşına pay verilməsini istəməyib”.

B.Seyidovun yeganə qardaşı Seyid Seyidov qardaşının intihar səbəbindən, ailəsi ilə problemlərindən xəbərsiz olduğunu deyir:

“15 ildir ki, bizim onunla münasibətimiz yoxdur, demək olar ki, danışmırıq. Ona görə də, oğlu və yoldaşı ilə münasibətindən xəbərim yoxdur. Amma oğlu Əjdər haqqında pis bir söhbət eşitməmişəm. Atası-anası ilə nə problemi olub deyə bilmərəm, amma kənd içində heç kimlə problemi olmayıb. Digər bacı qardaşları evlidir, ancaq Əjdər subay idi, atasıgillə birlikdə yaşayırdı”.

Qeyd edək ki, Bayram Seyidovun “facebook” sosial şəbəkəsində son paylaşımlarında ünvanlı statuslar yazdığını görmək olar. Hətta intihar saatını da yazıb.

Gülxar

10:38

Quba rayon Xaltan kənd sakini, 55 yaşlı müəllim Bayram Seyidovun intiharın bəzi təfərrüatları məlum olub.

Kəndin icra nümayəndəsi Akif Sultanov AzNews.az-a B.Seyidovun ölümündən əvvəl yazıb ailəsinə buraxdığı dəftərdəki qeydləri açıqlayıb: “Prokuror bunu hamının yanında elan etdi. Yazıb ki, “intiharımın səbəbi oğlum Əjdər və yoldaşım Əminədir. Oğul qatili olmamaq üçün intihar edirəm”. Yəni intihara səbəb ailə daxili münaqişə olub”.

A.Sultanov bildirib ki, B.Seyidovun 4 oğlu, 1 qızı var: “Ailə münaqişəsi bir oğlu ilə həyat yoldaşı arasında baş verib. Guya, oğlanlarından biri anası ilə atasına qarşı birləşib nəsə ediblər”.

Qeyd edək ki, Quba rayon sakini, uzun müddət Quba rayonunun Xaltan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışan Bayram Seyidov avqustun 19-da öz evində intihar edib. O, intihar edəcəyi ilə bağlı özünün feysbuk səhifəsində məlumat verib.

Bayram Seyidov uzun müddət Quba rayonunun Xaltan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm