• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Avtovağzalın qarşısındakı sürüşən yolun SON VƏZİYYƏTİ - FOTOLAR

Avtovağzalın qarşısındakı sürüşən yolun SON VƏZİYYƏTİ - FOTOLAR

Beynəlxalq Avtovağzal kompleksi qarşısındakı avtobus dayanacağının yerləşdiyi giriş-çıxış yolu artıq sürücülərin istifadəsinə verilib.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, köməkçi yol kompleks ərazisində baş vermiş sürüşmə zonasında bərkitmə işləri tam olaraq yekunlaşdıqdan sonra açılıb.

Qeyd edək ki, dayanacağa giriş-çıxış yolun zəruri olan yerlərində yararsız qrunt qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək kipləşdirilib. Yolun köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə ilə qaşınaraq ərazidən daşınıb, əlavə bərkitmə işləri görülürək yolun asfaltlanması istiqamətində işlər görülüb.

“Azəravtoyol”ASC-dən bildirilib ki,sürüşmə baş vermiş yamacda aparılmış bərkitmə işləri zamanı yuxarı hissədə16 metr uzunluğunda və 7 metr hündürlükdə 5 ədəd istinad divarı inşa edilib. Divarlarda ankerləmə işləri aparılıb. Yəni divar deşilib, ora xüsusi troslar vurulub, dartılaraq gərginləşdirilib və sementasiya olunub.da asfaltlanma işləri yekunlaşdırılıb və yolda hərəkət tam bərpa olunub.

Ərazidə yerləşən avtobus dayanacağının qarşısından keçən köməkçi yol boyu və əsas yolun kənarlarında ineksiya işləri görülüb. Yer bir-neçə yerdən 20-30 metr dərinlikdə deşilib, ora beton məhlul tökülüb. Bundan başqa mövcud istinad divarı ilə köməkçi yol üzərində yerləşən istinad divarı arasındakı ərazidə 1200 millimetr diametrində və 33,5 metr dərinlikdə 50 ədəd svay vurulub. Yamacın aşağı hissəsinin bərkidilməsi istiqamətində də işlər görülüb. Belə ki, 16 metruzunluğunda və 8 seksiyadan ibarət istinad divarları inşa edilib. Buna paralel olaraq ərazidə aparılan svay vurma işləri aparılıb. Ümumilikdə əraziyə 96 ədəd svay vurulub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR