Əhəd Abıyevdən məktəb direktorlarına SƏRT SÖZLƏR: "Onlara..."
Bizi izləyin

Qırmızı.az

Əhəd Abıyevdən məktəb direktorlarına SƏRT SÖZLƏR: "Onlara..."

2015-2016-cı dərs ilində buraxılış imtahanlarında iştirak edənlərin nəticələri ürəkaçan olmayıb.

Publika.az xəbər verir ki, bu barədə Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən təhsil işçilərinin ənənəvi sentyabr konfransında Təhsil şöbəsinin müdiri Nazim Verdiyev deyib.

O bildirib ki, IX siniflər üzrə buraxılış imtahanlarında iştirak edən 254 nəfər şagirddən 152 nəfəri Azərbaycan dili və ədəbiyyat və riyaziyyat fənnindən “2” qiymət alıb. XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri də ürəkaçan olmayıb.

İcra Başçısı Əhəd Abıyev çıxış edərək bildirib ki, uğurlarla yanaşı, bu il rayon təhsil şöbəsinin təhsil müəssisələrinə zəif rəhbərlik və nəzarəti nəticəsində rayonun bir sıra ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti aşağı düşüb, son ildə 9-cu siniflər üzrə buraxılış imtahanlarında şagirdlərin 55 faizindən, 11-ci siniflərdə 48 faizindən çoxu qeyri-müvəffəq qiymət alıb.

“Bəzi məktəblərdə dərsə davamiyyətin səviyyəsi aşağı olub, tədris-pedaqoji sənədlər düzgün aparılmayıb, qanunsuzluqlara yol verilib. Bir çox hallarda isə dərs bölgüsü müəllimlərin ixtisaslarına uyğun aparılmayıb, hətta müəllimlər müsabiqədənkənar işə qəbul olunub. Fürsətdən istifadə edərək rayon Təhsil şöbəsinə, eləcə də məktəb direktorlarına tapşırıram ki, qarşıdangələn 2016-2017-cı dərs ilində öz vəzifələrinə daha da məsuliyyətlə başlasınlar, buraxılmış nöqsanlar aradan qaldırılsın, şagirdlərin təhsilə cəlb olunması istiqamətində işlərində dönüş yaratsınlar. Əgər bu kimi nöqsanlar qısa müddət ərzində aradan qaldırılmazsa, rayon rəhbərliyi tərəfindən işinə səhlənkar, məsuliyyətsiz yanaşan şəxslər barəsində çox ciddi tədbirlər görüləcək”, - deyə Ə.Abıyev bildirib.

Qeyd olunub ki, rayonun tam orta məktəb məzunlarından 123 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə verib. İlkin məlumata görə, onlardan 50 nəfəri ölkənin müxtəlif nüfuzlu ali və orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbul olunan məzunlardan 1 nəfəri 600-dən, 7 nəfəri isə 500-dən yuxarı bal toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm