İran səfiri Şəhriyardan danışdı
Bizi izləyin

Qırmızı.az

İran səfiri Şəhriyardan danışdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş “Məhəmməhdüseyn Şəhriyarın sənət dünyasının üfüqləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Publika.az xəbər verir ki,tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığı haqqında ətraflı danışıb.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin XX əsrin böyük şairi Şəhriyarın Azərbaycan-İran poeziyasının və mədəniyyətinin inkişafında oynadığı müstəsna roldan söz açıb. Bildirib ki, Şəhriyar Şərq poeziyasının nəhəng simalarından biri, qüdrətli söz ustadıdır. Onun ölməz irsi nəinki Şərq, o cümlədən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Azərbaycan-İran əlaqələrindən söz açan səfir iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib.

İran Mədəniyyət Mərkəzinin sədri, doktor İbrahim İbrahimi Şəhriyar yaradıcılığının zənginliyindən danışıb. Bildirib ki, M.Şəhriyar özünəməxsus yaradıcılıq üslubu, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə dünya ədəbiyyatının inkişafına böyük töhfələr verib.

Tədbir çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutu ilə Təbriz Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm