Salyanda 9 bal zəlzələyə davamlı tikili - VİDEO
Bizi izləyin

Qırmızı.az

Salyanda 9 bal zəlzələyə davamlı tikili - VİDEO

Salyan rayonu “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan Kür çayı üzərində yeni 6 aşırımlı körpü salınıb.

“Azəravtoyol”ASC-nin məlumatına görə, körpünün uzunluğu 200 metr, eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir.

Körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir. Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib.

Körpü elementləri A15 və NK100 hərəkətləri yüklərin təsirinə və 9 bal zəlzələyə hesablanaraq layihələndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm