Qırmızı.az
İtaliyada azərbaycanla bağlı konfrans keçirilib
Sentyabrın 22-də Venesiya şəhərində İtaliyanın Veneto Regional Hökuməti və İtaliya Ticarət Palataları İttifaqının birgə təşkilatı olan “Veneto Promozione” tərəfindən Azərbaycanın iqtisadi imkanlarının təşviqinə yönəlmiş “Azərbaycan: Qafqazın qovşağı, təkcə neft və qaz yox” adlı konfrans təşkil edilib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, tədbir Veneto regionunun iş adamlarını Azərbaycanın iqtisadi potensialı və iş imkanları ilə tanış etmək məqsədi daşıyıb. Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edib. Səfir iş adamlarına Azərbaycanın iqtisadi potensialı, ölkədə aparılan iqtisadi islahatlar, ölkənin iştirak etdiyi regional əhəmiyyətli layihələr və onların yaratdığı imkanlar, habelə Azərbaycan – İtaliya
iqtisadi əməkdaşlığı barədə məlumat verib.
Bundan başqa, tədbirdə Veneto regionu Hökumətinin Beynəlxalq əlaqələr, kommunikasiya və regional statistika sistemi direktorluğunun rəhbəri Diyeqo Vekkiato, İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu (ISPI) və Ka Foskari Universitetinin professoru Aldo Ferrari, İtaliya Ticarət Agentliyinin (ICE) Bakı ofisinin rəhbəri Luici D’Aprea, SACE – İtaliyanın ixrac kreditləri və maliyyə zəmanətləri üzrə səhmdar cəmiyyətinin nümayəndəsi Benedetta Premuda, “Veneto Promozione” təşkilatının Avropa və MDB ölkələri üzrə meneceri Silvia Semenzato da çıxış ediblər.
Venesiyaya səfəri çərçivəsində səfir M.Əhmədzadə, həmçinin Venesiya şəhərinin meri Luici Brunyaro və Venesiyanın prefekti Domeniko Kuttaya ilə, habelə Veneto regionunun prezidentinin ofisində və Ka Foskari Universitetində görüşlər keçirib və əməkdaşlıq mövzuları müzakirə edilib.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı