Qırmızı.az
“Nifrət Nitqinə Yox” deyək
Bakı və Qəbələ şəhərlərində ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynov və Avropa Şurası rəsmilərinin iştirakı ilə “Nifrət Nitqinə Yox” Hərəkatının Yekun Beynəlxalq Forumunun keçirilməsinə dair hazırlıq görüşü təşkil olunub.
Publika.Az-ın məlumatına görə, hazırlıq görüşü çərçivəsində Forumun proqramı, formatı, texniki detalları müəyyən olunub, Qəbələ şəhərində mövcud infrastruktur ilə tanışlıq həyata keçirilib. Görüş zamanı müəyyən olunub ki, 1-5 Oktyabr 2014-cü il tarixlərində Qəbələdə keçiriləcək “Nifrət Nitqinə Yox” Hərəkatının Yekun Beynəlxalq Forumunda, Avropa Şurasının bütün ölkələrindən 250 qonaq iştirak edəcək.
Xatırladaq ki, 10 illik aradan sonra ARGTMŞ 2013-cü ildə yenidən Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilmiş və Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərar-verici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunub.
ARGTMŞ-nın Avropa qitəsində əməkdaşlıq qurduğu əsas beynəlxalq qurumlardan biri Avropa Şurasıdır. Bu gün Avropa Şurası ilə əməkdaşlığın əsas istiqamətlərindən biri, Gənclər Sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi “No Hate Speech Movement” – “Nifrət Nitqinə Yox” hərəkatının reallaşdırılmasında iştirakdır.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı