17 yaşlı qız paltar asarkən yıxılıb öldü
Bizi izləyin

Qırmızı.az

17 yaşlı qız paltar asarkən yıxılıb öldü

Ötən gün saat 14:40 radələrində Sumqayıt şəhərində gənc qız dəhşətli hadisə nəticəsində dünyasını dəyişib. Sumqayıt şəhər prokurorunun köməkçisi Feyzulla Qasımovun Anspress-ə verdiyi məlumata görə, hadisə 10-cu mikrorayon, bina 66A, ev 13 ünvanında qeydə alınıb.



Həmin ünvanda yaşayan 1997-ci il təvəllüdlü Aytac Naib qızı Əliyeva 7-ci mərtəbədən yıxılıb. Gənc qız hadisə yerindəcə dünyasını dəyişib. Araşdırmalar zamanı qızın paltar asarkən yıxıldığı bildirilir.



“Paltar asırmış. Ehtiyatsız tərpənib və arxası üstə yıxılıb. Paltar zivəsindən tutmaq istəyib. Amma ip qırılıb. Zivə paltarlarla birlikdə yedə düşüb. Qızın yanında zivənin ipi, paltarlar və ayaqqabısı vardı. Hadisə ehtiyatsızlıqdan baş verib. Burada heç bir cinayət əməli yoxdur”, - deyə Feyzulla Qasımov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm