Qırmızı.az
Prezident Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında
ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan
dövlətimizin başçısı ölkələrimiz arasında mövcud dostluq
münasibətlərinin önəmini qeyd etdi. Siyasi əlaqələrimizin yüksək
səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev mədəniyyət və
humanitar sahələrdə də əməkdaşlığımızın razılıq doğurduğunu
bildirdi. Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf
etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu
sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya
mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da
möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirdi.
Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru
Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkəmizə ötənilki səfərini
məmnunluqla xatırladı. Zumeyyim bin Cuveybir Əs-Səvvat azərbaycanlı
həmkarları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə
müzakirələr apardıqlarını vurğuladı.
AzərTac
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir