Qırmızı.az
Gülər Əhmədovanın məhkəməsi təxirə salındı
Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi keçirilib.
Teleqraf.com-un məlumatına görə, prosesə sədrlik edən Əflatun Qasımov deyib ki, Gülər Əhmədovanın vəkili Fazil Nemətov məhkəməyə teleqram göndərərək prosesdə iştirak edə bilməyəcəyini və buna görə də məhkəmənin təxirə salınmasını xahiş edib. G.Əhmədovanın prosesdə iştirak edən digər vəkilləri məhkəmənin təxirə salınmasını dəstəkləyiblər. Sabiq deputatın özü də prosesin təxirə salınmasını istəyib. O, bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarını bu gün alıb:
“Həmin qərarı vəkillərimlə müzakirə edə bilməmişəm. Prosesi başqa vaxta keçirməyinizi xahiş edirəm, bizə məhkəmənin ilkin baxış iclasının qərarını müzakirə etməyimizə şərait yaradasınız”.
Hakim G.Əhmədovanın vəsatətini təmin edib. Məhkəmə baxışı aprelin 25-dək təxirə salınıb. Qeyd edək ki, G.əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, apellyasiya şikayəti verərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi