Qırmızı.az
Həbsxanada corabının içindən "telefon dəsgahı" çıxdı
Həbsxanaya mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmətin əməkdaşları
tərəfindən Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 305; 221.2.1; 234.3; 234.4.3;
228.4; 182.3.2, 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum
edilmiş məhkum Mehman Sabir oğlu İbrahimovun yanına qısa müddətli
görüşə gəlmiş bacısı Vüsalə Sabir qızı İbrahimzadənin üzərinə və
əşyalarına baxış keçirilib.
Baxış zamanı əynində olan corabın içərisindən bir ədəd "Kenxinda"
markalı mobil telefon aparatı, bir ədəd mobil telefon aparatı üçün
nəzərdə tutulmuş mikrosxem, bir ədəd "Azercell" və iki ədəd
"Bakcell" danışıq kartı və bir ədəd mobil telefon aparatı üçün
nəzərdə tutulmuş elektrik qidalandırıcısının uc hissəsi aşkar
edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı