Qırmızı.az
Məcburi köçkünlərin yataqxanası yandı
Bu gün Kooperasiya Universitetinin yataqxanasında yanğın baş
verib.
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 30 ünvanında
yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın
baş verib. Yüzdən çox ailənin yaşadığı binanın elektrik
naqillərində baş verən qisaqapanma güclü tüstülənməyə səbəb
olub.
Hadisədən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları
cəlb edilib, alovun qarşısı alınıb və yanğının mənzillərə keçməsinə
imkan verilməyib. Sakinlərin sözlərinə görə, yataqxana qəzalı
vəziyyətdədir bu səbəbdən də binaya qaz verilmir. Sakinlər ev
işlərində elektriklə işləyən qızdırıcılardan istifadə etmək
məcburiyyətində qalırlar.
Bina sakini Mahir İmanov deyir ki, oturduğumuz yerdə yanıb. FHN
gəldi, bu hal artıq 3-cü dəfədir ki, baş verir. Elektrik naqilləri
yüklənir, ona görə olur.
Bina sakini Badam Əliyeva isə bildirib ki, uşaqlar boğulurdu, güclə
çıxmışıq.
Az keçmədi ki, yataqxanadakı sakinlərin vəziyyətilə maraqlanmaq
üçün əraziyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin Nərimanov rayonu üzrə sektor müdiri Məhəmmədhüseyn
Dadaşov da gəldi. Sakinlərlə söhbət zamanı sektor müdiri binanadakı
vəziyyətlə tanış olduğunu və yaxın vaxtlarda burada yaşayanların
köçürüləcəyini bildirdi.
Məhəmmədhüseyn Dadaşov deyir ki, bu bina da siyahıya alınıb, yaxın
vaxtlarda köçürüləcək. Təkcə aprel ayında Nərimanov rayonundan 3
binadan 1000 qaçqın ailəsi köçürülüb.
Baş verən hadisə nəticəsində yataqxanaya elektrik enerjisinin
verilişi dayandırılıb. Sektor müdiri sakinlərə söz verdi ki, günün
sonu təmir işləri yekunlaşacaq və binaya elektrik enerjisinin
veriliş bərpa olunacaq. O ki, qaldı sakinlərin sosial
problemlərinə, onlar yeni mənzillərə köçürülənə qədər bir qədər də
səbr etməli olacaqlar. /ANS TV/
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ