Qırmızı.az
Bu gün zəhmətkeşlərin beynəlxalq həmrəylik günüdür
1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir.
Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq keçirilir. Mayın 1-də şəhərlərdə böyük nümayişlər təşkil olunur, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilərdi.
Elə o zamankı Sovet İttifaqının paytaxtına - Moskvaya, dünyanın
bütün ölkələrindən qonaqlar dəvət olunardı. Lakin SSRİ-nin
dağılmasından sonra 1 May bayramının keçirilməsi bəzi ölkələrdə
ləğv edildi. Amma Rusiyada və bəzi digər respublikalarda hələ də 1
may bayramı, hər il keçirilməkdədir.
Sovet İttifaqında və o zamanlar bu ittifaqa daxil olan Azərbaycanda
da, bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Orta və
yaşlı nəslin nümayəndələri, keçmiş sovet adamları, 1 May bayramını
yaxşı xatırlayırlar.
Azərbaycanda 1 May 1920-ci ildən başlayaraq, bayram günü kimi qeyd
olunub. SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında
ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən
tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə
qədər vacib olduğu aşılanardı. 1992-ci ildə isə bu bayramı
totalitar quruluşun ideoloji atributu kimi ləğv edildi
Tarixdə bu bayramın keçirilməsi 1889-cu ilin iyulunda, Parisdə
toplanan II İnternasionalın 1-ci Konqresində dünya zəhmətkeşlərinin
birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini
mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı. Mayın
30 günü var amma bu bayramı qeyd edən insanlar üçün 1 may daha
önəmlidir.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı