Qırmızı.az
Qaçqınkom: “Komitənin balansında boş mənzil yoxdur”
“Hazırda qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı hər hansı plan yoxdur. Lakin dövlət ehtiyacı ilə əlaqədar zərurət yarananda köçürmələr olur. Bunu biz müəyyənləşdirmirik, ona görə də konkret hansı ərazidə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı məlumat yoxdur”.
Bu sözləri publika.az-a açıqlamasında “Qaçqınkom”un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov 9-cu mikrorayon və Nərimanov rayonu ərazisindəki qaçqın və məcburi köçünlərin köçürülməsi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
E.Qədimovun sözlərinə görə, dövlət tərəfindən müəyyən edilən köçürmələrdə köçkünlər hazır mənzillərə köçürülür:
“Komitə tərəfindən hazırda heç bir tikinti aparılmır. Köçkünlər dövlət tərəfindən alınmış hazır binalara köçürülür. Yataqxanalar, tikintisi yarımçıq qalmış binalar, sanatoriyalar, ağır şəraitdə yaşayan bütün qaçqın və məcburi köçkünlərin mərhələli şəkildə köüçürülməsi nəzərdə tutulur. Lakin bu proses gələcəkdə mərhələli şəkildə baş tutacaq. Hamısını birdən köçürmək mümkün deyil. Yaxın planda isə belə köçürmə yoxdur”.
E.Qədimov bildirib ki, bu vaxta qədər köçürmə aparılan istər Binəqədi rayonu ərazisindəki Mehdiabad, istərsə də Qaradağ rayonu Müşviqabad qəsəbələrində komitənin boş binası yoxdur:
“Komitənin balansında boş mənzil yoxdur . Mehdiabad qəsəbəsində Komitə tərəfindən bina tikilməyib. Təcili və zərurət yaranan ərazilərdən məcburi köçkünlər dövlət tərəfindən yaşayış üçün tam uyğun olan binalara köçürülüb. Hazırda həmin ərazidə olan binalar bizim balansımızda deyil”.
Gülxar
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ