Qırmızı.az
Azərbaycan Əfqanıstana humanitar yardım göndərdi
Azərbaycan hökuməti Əfqanıstana 211 min 500 manat dəyərində birdəfəlik humanitar yardım göndərib.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bu gün Əfqanıstanda sel və daşqınlardan əziyyət çəkən əhaliyə 114 ton həcmində humanitar yardım göndərilib.
Humanitar yardımın Fövqəladə Hallar Nazirliyi Mülki-Müdafiə Qoşunlarının xətti ilə Əfqanıstana göndərilməsi təmin olunub. Mülki-Müdafiə qoşunlarının komandanı general-mayor İlham Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, yardımın ümumi həcmi 114 tondur. Bura ət, yağ, çay, düyü, un məmulatları və s. ərzaqlar, eləcə də yataq dəstləri daxildir.
Yardım Əfqanıstanın paytaxtı Kabildə Azərbaycanın Əfqanistandakı səfirliyi tərəfindən qəbul ediləcək, daha sonra oradakı yerli hakimiyyət orqanlarına təhvil veriləcək. /Trend/
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ