Qırmızı.az
Bazarda mənşəyi məlum olmayan qidalar aşkarlanıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Zaqatala şəhəri, Xətai küçəsi 5 ünvanında yerləşən “Zaqatala bazar-2” açıq tipli səhmdar cəmiyyətində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Bu barədə publika.az-a SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar zamanı müəyyən olunub ki, bazarda mənşəyi bilinməyən, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsullar satılır. Həmçinin, bazarda istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi, ət məhsullarının satışı üçün ayrılmış sektorun natəmiz saxlanıldığı aşkar edilib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının yerə düzülərək natəmiz şəraitdə, şirniyyat, ət və süd məhsullarının anti-sanitar vəziyyətdə və saxlanma rejiminə əməl olunmadan üstü açıq şəkildə satıldığı müşahidə edilib.
Aşkar olunmuş bu və digər nöqsanların aradan qaldırılması ilə bağlı bazar rəhbərliyinə iradnamə verilib, istifadə olunan ölçmə vasitələrinin istismarı və mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilmiş, inzibati xəta haqqında protokol tərtib edilib.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...