Qırmızı.az
Hacıbala Abutalıbovun Fransadan gətirdiyi yeni qurğular - VİDEO
Bakı Şəhər İcra Hakimiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə müvəqqəti duracaq yerləri layihəsini həyata keçirir.
Azərtac xəbər verir ki, layihəyə uyğun olaraq yalnız müəyyən
olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə
veriləcək. Bunun üçün isə sürücülər həmin ərazilərdə quraşdırılacaq
parkomatlardan istifadə etməli olacaqlar. Fransadan gətirilmiş
xüsusi parkomatlar Bakıda hələlik 5 yerdə - Xəqani küçəsində 2
ədəd, Tolstoy küçəsində, Yusif Məmmədəliyev küçəsində (Fransa
səfirliyi) və Qoça qala qapısının qarşısında quraşdırılıb.
Parkomata yaxınlaşıb müvəqqəti durma vaxtını seçirsiniz. Məsələn,
20 dəqiqənin pulunu ödəyirsiniz. Çeki isə avtomobilin arxa şüşəsinə
yapışdırırsınız. Bu zaman əməkdaşlar o çekə baxıb durma vaxtının
bitib-bitmədiyini müəyyən edirlər.
Onu da qeyd edək ki, parkomatlar əsas küçələrdə quraşdırılmayacaq.
İlk növbədə avadanlıqların yerləşdiyi yolun eni tələblərə uyğun
olmalıdır. Yeri gəlmişkən, Bakıda dayanma, durma və parklanmanın
qadağan olunduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi
barədə yeni xəbərdaredici yol nişanları da quraşdırılır.
Parkomatlarda tariflər 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1
manatdır. Parkomatlardan nağd pul, bank və xüsusi kartlar
vasitəsilə istifadə etmək mümkündür. Smartfonlar üçün bir sıra
yeniliklər tətbiq ediləcəkdir. Boş yerlər barədə sürücülərə məlumat
veriləcəkdir. Sürücülər SMS vasitəsilə durma müddətinin limiti və
vaxtın uzadılması barədə də məlumatlandırılacaqlar.
Qeyd edək ki, parkomatların enerji təchizatı qurğuda quraşdırılmış
günəş panellərinin hesabına ödənilir.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO