Qırmızı.az
Zakir Qaralov vətəndaşlarla görüşüb
Baş prokuror Zakir Qaralov mayın 16-da Cəlilabad rayon prokurorluğunun inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, İmişli və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
Publika.az Baş Prokurorluqğun saytına istinadən verdiyi məlumata
görə, qəbuldan əvvəl baş prokuror ümummilli lider Heydər Əliyevin
Cəlilabad şəhərindəki abidəsi önünə gül dəstələri düzərək
xatirəsini ehtiramla yad edib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe
prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə
yaşayan 90-a yaxın vətəndaşın müraciətlərində qaldırılan və
bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan
məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll
edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının
rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər
verilib.
Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların
müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini
tapıb.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o
cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş
cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş
qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid
müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq
icra orqanlarında operativ həlli üçün zəruri tədbirlərin görülməsi
təmin edilib.
Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO