Qırmızı.az
Kətənin içindən narkotik və telefon çıxdı
Bakıdakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Şakir Teymur oğlu Umbatova qardaşı Tofiq Teymuroviç Hümbətovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı "Biskvit" kətələrinin içərisindən sellofan paketə bükülmüş xalis çəkisi 1.962 qram olan narkotik vasitə "Tiryək", 78 (yetmiş səkkiz) ədəd "Tramadol" həbləri, 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları və 1 (bir) ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Şakir Umbatov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı