Qırmızı.az
Baş Prokurorluqda kadr dəyişikliyi
Azərbaycanın Baş Prokurorluğunda yeni təyinatlar olub.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun
“Qafqazinfo”ya verdiyi məlumata görə Baş prokuror Zakir Qaralovun
müvafiq əmrləri ilə Baş Prokurorluğun Ədliyyə və Vergilər
nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və
əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs
Sultanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun
Təşkilat-analitik idarəsinin rəisi, Baş Prokurorluğun Ədliyyə və
Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat
və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramil Məcidov isə
həmin idarənin rəisi vəzifələrinə təyin ediliblər.
Xatırladaq ki, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin sabiq
rəisi Əzizağa Həsənov bu ilin yanvar ayında dünyasını dəyişib.
-
İdman06:49
Makqreqorla döyüşə razılıq verdi: Böyük adam kiçik cücəyə qarşı
-
Maraq dünyası06:28
200 milyon illik sirr: piramida, yoxsa dağ? - FOTO
-
Magazin105:15
Məşhur bəstəkarın səhhəti pisləşdi: "Güclə danışıram" - VİDEO
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir yol bağlandı - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO