Qırmızı.az
Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır
"zərbaycanın təhsil müəssisələrində çalışan, müəllim olmayan, lakin pedaqoji fəaliyyətlə məşğul olan kadrların - direktor, direktor müavinləri, yerli təhsili idarəetmə orqanlarında çalışan metodist və dövlət qulluqçularının (tədris aparan) biliklərinin diaqnostik qiymətləndirilməsi aparılır".
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, avqustun 17-dən başlayan qiymətləndirmədə 9 minə yaxın namizəd iştirak edir.
Onun sözlərinə görə, imtahanlar bütün ölkənin təhsil müəssisələrində çalışan direktor, direktor müavini, metodist və dövlət qulluqçularına şamil edilib: “2017-ci ildə Azərbaycanda çalışan bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb. Tədris ilinin sonunda zərurət yaranıb ki, məktəbdə tədris aparan metodist, dövlət qulluqçusu, direktor, direktor müavinlərinin biliklərinin qiymətləndirilməsi aparılsın. Yalnız nəticələrdən sonra hansı tədbirlərin görüləcəyi məlum olacaq. Görsək ki, bizim rəhbər işçilərin tədris aparmaq bacarıqları elə də qənaətbəxş deyil, həmin adamlar dərs demə hüququndan məhrum edilə bilərlər. Amma yüksək nəticə göstərən müəllimlər pedaqoji fəaliyyətini davam etdirə bilər. Bununla bağlı qərar imtahanlar tam başa çatdıqdan və təhlillər aparıldıqdan sonra qəbul ediləcək”. (apa)
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi