Qırmızı.az
Ölkə ərazisində bu günə olan hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasında yanvarın 22-dən 23-nə
keçən gecə bəzi yerlərdə çiskin, səhər saatlarında duman olacağı,
gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam isə
havanın tutulacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 7-12° isti, Bakıda gecə 2-4°, gündüz
10-12° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 756 millimetr civə sütunundan 760
millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90,
gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında axşam zəif qar
yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 5-10°, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 5-10°
isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən, Gədəbəy
rayonlarında gün ərzində hava, əsasən, yağmursuz
olacaq.
Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında gün ərzində hava, əsasən, yağmursuz
olacaq.
Temperatur gecə 1-5°, gündüz 8-13° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar
rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək,
lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında gün
ərzində hava, əsasən, yağmursuz keçəcək, lakin gecə və səhər bəzi
yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 1-6°, gündüz 11-16° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında havanın arabir az yağıntılı olacağı
gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan
3°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO