Azadlıq Radiosunun əməkdaşı döyüldü
Bizi izləyin

Qırmızı.az

Azadlıq Radiosunun əməkdaşı döyüldü

Azadlıq Radiosunun müxbiri Elçin İsmayıl İsmayıllı rayonunda təzyiqə məruz qalıb. Özünün bildirdiyinə görə, o, İsmayıllının Buynuz kəndində sakinlərin şikayəti əsasında çəkiliş edirmiş. Bu zaman ərazidə olan mülkigeyimli şəxslərin hücumuna məruz qalıb. Elçin İsmayıla xəsarət yetirən həmin şəxslər onun çəkiliş apardığı kamerasını da sındırıblar:


“Sakinlər mənə şikayət etdilər ki, restoranlar su xətlərinə qanunsuz müdaxilə edir və buna görə də kəndlərə su getmir. Çəkiliş xahiş etdilər. Bu şikayət əsasında mən Buynuz kəndinə çəkilişə getdim. Çəkiliş apardığım obyekt Qəbələnin Tikanlı kəndindən olan Fazil Şəfiyevə məxsusdur. Çəkiliş zamanı onun oğlu və işçisi məni vurdular, söyüb təhqir etdilər. Onlar kameramı alıb qırandan sonra özümə qaytardılar. Məsələ barədə 102 xidmətinə və İsmayıllı Rayon Polis Şöbəsinə müraciət etmişəm”.


İsmayıllı Rayon Polis Şöbəsindən 102 xidmətinə məlumat daxil olduğunu Azadlıq Radiosuna təsdiqlədilər. Elçin İsmayıl hazırda İR polis şöbəsindədir, ona faktla bağlı araşdırma aparılacağı vəd edilib.

Azadlıq Radiosu xatırladır ki, mayın 16-da da – Binəqədi rayonunundakı “DSK-3” metaltökmə zavodununda çəkiliş zamanı, radionun müxbirinə bir qrup adam hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamerasını və mobil telefonunu əlindən almışdılar. Azadlıq Radiosu məsələni araşdırmaq üçün Daxili işlər nazir Ramil Usubova müraciət etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm