Qırmızı.az
"Virtual mühitdə insanlar təhqir olunur"
Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının nə dərəcədə etibarlı mühit olması onun gələcəyi ilə bağlıdır.”
Publika.az-ın xəbərinə görə bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, “Yeni media və yeni çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Vüqar Əliyev vurğulayıb ki, sosial şəbəkələr və bloqosfera hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla bərabər, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab vermədiyi bir məkandır: “Bununla biz hamımız razılaşmalıyıq, çünki facebook-da biz gündəlik həyatımızda peşəkar mediaya xas olmayan neqativ təzahürləri görürük. Bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilib. Ən böyük problem də odur ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Bu fəaliyyət müxtəlif akkauntların dublikatlarının yaradılması və orada təxribat xarakterli məlumatların yerləşdirilməsi kimi ən neqativ halları da əhatə edir.”
Facebook, Twitter, You Tube və digər sosial şəbəkələr konkret ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər olduğunu diqəttə çatdıran PA-nın sektor müdiri, həmin ölkələrin qanunverciliyi qarşısında məsuliyyət daşıdıqlarını qeyd edib: “Bu hal bir daha təsdiq edir ki, virtual məkanda sosial şəbəkələrin fəaliyyəti nəticəsində ayrı-ayrı ölkələrin qanunvericiliyi beynəlxalaq qanunvericilikdən və milli qanunvericilikdən daha üstün mövqeyə sahib olub. Bu məntiqsizlik nə ilə və necə izah oluna bilər? Hesab edirəm ki, işğalçı Ermənistanla münaqişə vəziyyətində olan və mühim və həssas geosiyasi və geostrateji məkanda yerləşən, müxətlif xarici qüvvələrin daim təsir göstərməyə imkan axtardığı bir ölkənin vətəndaşları olaraq biz bu suala düz cavab tapmalıyıq. Azərbaycanın dövlətçiliyi, milli maraqları bütün məsələlərin fövqündə duran başlıca şərtdir”.
Gülşanə Mustafayeva
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...