Qırmızı.az
Vasim Məmmədəliyevlə görüş - FOTO
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında akademik Vasim Məmmədəliyevlə görüş keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin akademik Vasim Məmmədəliyevlə “Gənclik, Müasirlik və İslam” mövzusunda görüşü keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, şərqşünas-alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Vasim Məmmədəliyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və ərazi ilk partiya təşkilatlarından olan gənclər iştirak ediblər.
Çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov “Gənclik, Müasirlik və İslam” mövzusunda keçirilən tədbirin əlamətdar bir gün- 28 may Respublika günü ərəfəsində keçirildiyini qeyd edib. Ramiz Göyüşov akademik Vasim Məmmədəliyevin xidmətləri haqda məlumat verərək, tanınmış alimin bir çox mövzularda onlarla əsərin müəllifi olduğunu, İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”-i tərcümə edən şəxslərdən biri olduğunu bildirib.
Çıxış edən akademik Vasim Məmmədəliyev gənclərlə görüşün təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirib. O, Azərbaycan gəncliyinin milli və dini dəyərləri mühafizə edərək inkişaf etməsi, Azərbaycan Respublikasında mövcud olan tolerantlıq mühiti haqda danışıb. Vasim Məmmədəliyev hazırda ölkənin inkişaf etməsinin ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davamının nəticəsinin olduğunu qeyd edib. O gənclərin ictimai-siyasi cəhətdən fəal olmalarının, vətəni qorumağın, onların Azərbaycanın davamlı inkişaflı naminə daim çalışmalarının vacibliyini bildirib, savadlı gəncliyin uğurlu bir gələcək olduğunu vurğulayıb.
Sonra tədbir gənclərin akademik Vasim Məmmədəliyevə ən müxtəlif məsələləri əhatə edən mövzularda suallar verməsi ilə davam edib. Gənclər tanınmış dinşünas alimə onları maraqlandıran müasirlik və din, İslamda əxlaq, İslamda məzhəblər, İslam və digər dinlərarası münasibət, gəncliyin milli-mənəvi dəyərləri qoruyaraq inkişaf etməsi kimi mövzularında suallarını ünvanlayıblar.
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?