Qırmızı.az
Yeni yol nişanları quraşdırılır (FOTO)
Bakıda günəş batareyaları ilə çalışan yol nişanlarının quraşdırılmasına başlanılıb. Bu barədə Day.az saytına Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər. Artıq Abşeron yarımadasında 3 yerdə belə nişanlar gözə dəyir.
Nişanların biri Suraxanı rayonundakı 114 saylı orta məktəbin
qarşısında, ikincisi Xırdalan qəbristanlığının yanında, digəri isə
Novxanı qəsəbəsindədir.
Paytaxta 200 ədəd belə nişan gətirilib. Bu gündən etibarən şəhərin
mərkəzi hissələrində də nişanların quraşdırılması işinə start
veriləcək.
"Günəş" nişanları piyadaların və avtomobillərin intensiv hərəkət
etdiyi piyada keçidlərində quraşdırılacaq. Bir komplekt işıq
diodları və günəş mini-stansiyaları ilə təchiz edilib.
Gün ərzində toplanmış enerji sayəsində sutkanın qaranlıq vaxtında nişanlar işıq saçır. Bunun sayəsində də gecə vaxtı yol nişanları sürücülərin diqqətindən qaçmayacaq.
Bu cür nişanların quraşdırılması 2015-ci ilin sonuna qədər başa
çatacaq.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı