Qırmızı.az
Polis işləmək istəyənlərin nəzərinə
DİN-in Baş Kadrlar İdarəsi Hava Nəqliyyatında Polis İdarəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsində vakant olan 15 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki
hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq,
xarici dil bilən namizədlərə üstünlük veriləcək.
Xidmətə qəbul olunmaq istəyən şəxslər 2014-cü ilin iyun ayının
15-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan
prospekti 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə
ilə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyənlər (012)
590-92-21 nömrəli şəhər telefonuna zəng edə bilərlər.
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”