Qırmızı.az
Təhsil naziri imtahan verəcək müəllimlərlə görüşüb
İyunun 3-də təhsil naziri Mikayıl Cabbarovun Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşü keçirilib.
Publika.az-ın məlumatına görə, görüşdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və idarənin əməkdaşları da iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov 2013 – 2014-cü tədris ilinin yekunları barədə ətraflı məlumat verib və qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Nazir prezidentin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb.
Görüş zamanı təhsildə müəllim hazırlığı, kurikulumun tətbiqi, məktəblilərin fənn olimpiadaları, “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələri, tədris ilinin uzadılması, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi kimi mövzulara toxunulub və bu barədə müzakirələr aparılıb.
Nazir 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılacağını bildirib. Sınaq qiymətləndirmənin diaqnostik tədqiqat xarakteri daşıdığı və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirildiyi qeyd edilib. Bu proses ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsinə xidmət edir.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov müəllimlərin həyata keçirilən islahatlarla bağlı çoxsaylı suallarını cavablandırıb.
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: polis 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO
-
Region27 Aprel 21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial27 Aprel 21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ27 Aprel 20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO