Qırmızı.az
Zəvvarlara iynə vurulacaq
“Səudiyyə Ərəbistanında “tac" virusunun (Koronavirus) yayılması barədə yayılan fikirlər şişirdilib. Əslində, bu virus yalnız Ər-Riyad şəhərində qeydə alınıb. İki müqəddəs məscidin yerləşdiyi şəhərlərdə isə bu virus yayılmayıb".
Bu barədə Ərəbistanı Şura Məclisindəki Azərbaycan Dostluq Qrupunun
rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasiri bildirib.
Onun sözlərinə görə, müqəddəs ziyarətə gələnlər arasında da bu
virusa yoluxanlar yoxdur. Qonaq bildirib ki, buna baxmayaraq, kral
bu problemi xüsusi nəzarətdə saxlayır. Ölkədə müxtəlif
təhlükəsizlik tədbirləri görülür.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri
Şeyxülislam Allahşükür Paşazadə də açıqlama verib. O qeyd edib ki,
hər il olduğu kimi bu il də zəvvarlara vaksinlər vurulacaq. "Yəni
zəvvarların həyatı üçün təhlükə yoxdur".
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Şura Məclisindəki
(parlament) Azərbaycan Dostluq Qrupunun üzvlərindən ibarət
nümayəndə heyətini qəbul edib. (anspress)
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO