Qırmızı.az
Telman İsmayılov biznesini satışa çıxardı
Bu barədə “Axar.az”a Odessa şəhərində yaşayan həmyerlimiz, iş аdamı Qurban Musayev bildirib.
Musayevin bildirdiyinə görə, İsmayılovun Odessada böyük biznes
strukturları vardı. Bunlardan ən böyüyü isə Moskvadakı məşhur
“Çerkizevo” bazarını xatırladan "7-ci kilometr” adlı əşya və geyim
bazarıdır. Musayevin dediyinə görə, adıçəkilən bazarda 2 mindən çox
ticarət nöqtəsi var. Ukraynanın ən böyük geyim və əşya
bazarlarından sayılır.
“Artıq 3 gündür ki, bu bazarın satlığa qoyulması ilə bağlı xəbər
yayılıb. Bazarın əsas inzibatçılarından olan Yelizar adlı yəhudi
isə bizə açıq şəkildə bildirdi ki, Telman Mardanoviç belə tapşırıq
verib”.
Həmyerlimizin dediyinə görə, İsmayılovun təcili qərarına səbəb
Ukraynadakı qeyri-sabitlikdir. Amma ən əsası isə odur ki,
İsmayılovun bu ölkədəki biznesinin hamisi Ukrayna iqtidarındakı
bəzi mötəbər şəxslərdir. İqtidarın dəyişmə ehtimalı isə İsmayılovu
ağır vəziyyətə sala bilər. Ona görə də “Çerkizevo”dakı aqibəti
yaşamamaq üçün azərbaycanlı milyarder bu addımı atmaq qərarına
gəlib.
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO