Qırmızı.az
Noğuldan heroin çıxdı
Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Publika.az Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, PX-nin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Rauf Lazım oğlu Mahmudova vətəndaş Elçin Nəhmət oğlu Bağırovun gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan "noğul" dənələrinin içərisindən 7 (yeddi) ədəd şəffaf sellofana bükülmüş ümumi çəkisi 0,698 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.3; 310 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İman Həsən oğlu İbrahimovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Fazil Həsən oğlu İbrahimovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın cibindən daxilində "Nar" və "Cin" danışıq kartları olan 1 (bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi