Qırmızı.az
Bakıda İƏT-in rəhbər komitəsinin ilk iclası keçiriləcək
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitə cari ilin 17-18 iyun tarixlərində Bakıda ilk iclasını keçirəcək.
Publika.az-ın məlumatına görə, tədbirdə Komitəyə üzv ölkələrin aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmilərinin, İƏT-in Katibliyi və tabe qurumların, Beynəlxalq Əmək Təşkilatının nümayəndələrinin iştirakı nəzərdə tutulur. İclasda Rəhbər Komitənin üzvləri tərəfindən əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı nəzərdə tutan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının müzakirəsi və İƏT-in Əmək Nazirlərinin növbəti konfransına müvafiq hesabatın təqdim edilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, İƏT-in əmək nazirlərinin ötən il ölkəmizdə keçirilən ikinci konfransında qəbul olunan Əmək, məşğulluq və sosial müdafiə məsələləri üzrə Çərçivə Sənədi Təşkilata üzv ölkələr arasında həmin sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur. Sənədin icrasının əlaqələndirilməsi məqsədilə yaradılmış və İƏT-ə üzv 9 ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyətli dövlət qurumlarının təmsil olunduğu Rəhbər Komitəyə 2015-ci ildə keçiriləcək əmək nazirlərinin növbəti konfransına qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədrlik edir.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO