Qırmızı.az
Azərbaycanla bağlı qorxunc hava proqnozu
BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli bildirişinə əsasən, bu əsrin sonuna qədər Azərbaycanda orta illik temperaturun 3-6 dərəcə Selsi artması proqnozlaşdırılır. Bu barədə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin əlaqələr və əməkdaşlığın inkişafı üzrə meneceri Sevinc Saruxanova deyib.
O qeyd edib ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert
Qrupunun (İDHEQ) məlumatına əsasən, son 50 ildə sənayeləşmənin
artması və bununla əlaqədar təbii yanacağın yanması ilə bağlı
atmosferdə istixana qazları adlanan maddələrin (CO2, CH4, N2O, və
s.) həcmi kəskin surətdə yüksəlib. Bu cür istixana qazları isə
temperatur artımına gətirib çıxarır.
S.Saruxanovanin sözlərinə görə, son onilliklərdə Cənubi Qafqazda da
havanın temperaturunun artması müşahidə edilir. BMT-nin İqlim
Dəyişikliyinə dair Çərçivə Konvensiyasında tərəflərin 2-ci milli
bildirişində hər üç Qafqaz ölkəsi modelləşdirmənin nəticələri
əsasında yağıntılarda və temperaturda dəyişikliklər üzrə
proqnozlarını təqdim ediblər. Bütün proqnozlar onu göstərir ki,
orta illik temperatur bu əsrin sonuna qədər əhəmiyyətli dərəcədə
yüksələcək. A2 emissiya ssenarisinə əsaslanan proqnozlara görə,
Azərbaycanda orta illik temperatur bu əsrin sonuna qədər 3-6 dərəcə
selsi, Gürcüstanın qərb və şərq hissəsində müvafiq olaraq 1,8-5,2
dərəcə və 3,5-4,9 dərəcə, Ermənistanda isə 4-5,1 dərəcə selsi
artacaq.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya
İnstitutu ölkə ərazisində iqlim dəyişmələrini yenidən
qiymətləndirib. Tədqiqatlar zamanı müşahidələr dövrü 3 hissəyə
ayrılıb. İlk mərhələ meteoroloji stansiyaların açıldığı vaxtdan
(Bakıda 1881-ci ildən, digər ərazilərdə isə fərqli illərdə
məlumatların daimi qeydə alınmasına başlanılıb) 1960-cı ilə qədər
olan dövrü, ikinci mərhələ 1961-1990-cı illəri, üçüncü mərhələ isə
1991-ci ildən 2005-ci ilə qədər olan dövrü əhatə edib. Tədqiqat
zamanı məlum olub ki, Azərbaycanın bütün ərazisində havanın
temperatur 0,2-0,9 dərəcə yüksəlib. Temperaturun ən çox yüksəlməsi
Aran, ən az yüksəlməsi dağlıq rayonlarda müşahidə edilib. Bununla
yanaşı, son dövrlərdə ölkə üzrə buludlu, küləkli günlərin sayı
azalıb. (Trend)
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu