Qırmızı.az
Tanınmış müğənni Masallıda baş vermiş yol qəzasında öldü
Bu gün Bakı-Astara yolunun Musaküçə kəndi ərazisindən keçən hissəsində yol nəqliyat qəzası baş verib.
Masallı sakini, 41 yaşlı Rövşən Mürüvvət oğlu Həşimovun idarə
etdiyi minik avtomobili idarəetməni itirərək yolun qırağındakı
palıd ağacına çırpılıb.
Güclü zərbə nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri
və Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunublar. Onların
səyləri ilə sürücünün meyiti xüsusi alət və avadanlıqların köməyi
ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq
və Təhqiqat Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində
araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən R. Həşimov cənub bölgəsinin tanınmış
müğənnilərindən sayılır. O, ANS TV-də keçirilən “Toylar kralı”nın
iştirakçısı olub. /Ans/
-
Hadisə08:25
12 yaşlı yeniyetmə süni göldə batdı
-
Sağlamlıq07:25
25 yaşdan öncə ata olan kişiləri gözləyən TƏHLÜKƏ
-
Region06:49
Gürcüstanda 5,4 bal gücündə zəlzələ oldu
-
İdman02:43
Dibala ilə Lukaku “Fənər”də? – Mourinyo nöqtəni qoydu
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO