Qırmızı.az
Rayon maşınları Bakıya buraxılmaya bilər (VİDEO)
Paytaxt ərazisinə bölgələrdən gələn avtomobillərə qadağa qoyula bilər.
ANS TV-nin məlumatına görə, rayondan gələn maşınların paytaxta
girişinə qadağa qoyula bilər. Səbəb isə yarana biləcək tıxacların
qarşısının alınmasıdır.
Digər bir səbəb isə rayondan Bakıya gələn maşınların bəzən yol
qaydalarını bilməməsi və bu səbəbdən də onların paytaxtda qəza
törətmələri göstərilir.
Nəqliyyat Nazirliyinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Namiq
Həsənov bildirdi ki yaradılması nəzərdə tutulan dayanacaqlar
paytaxtın şimal, şərq və cənub girişində olacaq. Sürücü
avtomobilini dayanacağa təhvil verərək ona lazım olan ünvana
ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da ilk növbədə Bakıda
tıxacların azalmasına gətirib çıxaracaq.
Avtoekspert Azər Allahverənov bunu müsbət qarşılasa da bir sıra
problemlərin olacağınıda bildirdi. Ən əsas problemlərdən biri
rayondan gələnlərin maşınlarını paytaxta gələn zaman park edərək
əlavə nəqliyyat vasitələrinə pul xərcləmələridir.
Yarana biləcək çətinliklərə baxmayaraq, belə bir yeniliyin olması
müsbət haldır. Çünki ən azından tıxacların qarşısinı almaq mümkün
ola bilər. Amma rayondan gələn sərnişinləri də unutmamaq
şərtilə.
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?