Qırmızı.az
Şeyx: "Allahu-Əkbər sədası ilə cinayət törədirlər"
“İndi məzhəblərin içində məzhəblər, təriqətlər yaratmaq istəyirlər. Ömür boyu bizdə sünni şiəylə, şiə isə sünni ilə evlənib, bir yerə məscidlərdə ibadət ediblər".
ANS PRESS-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ nəzdində fəaliyyətə başlamış din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti mərhələsinin yekununda deyib.
Şeyxin sözlərinə görə, Azərbaycanı dini zəmində parçalamaq və
torpaqlarımızı əlimizdən almaq bəzi dövlətlərin istəyidir.
Məhzəblərin içərisindəki bəzi müsəlmanlar İslamı inkişaf etdirmək
istəmirlər. "İraqda, Suriyada, Əfqanıstanda Allahu Əkbər sədası ilə
cinayət işləyirlər. Bəlkə də Avropa dövlətləri bu əməlləri
törətməklə islama xələl gətirmək istəyirlər. İnsanların əqidəsini
yoxlamaq üçün Allah Təala insanlara imtahanlar göndərir. Bura
qorxu, Alllahsız müharibələr daxildir".
A.Paşazadə din xadimlərinin təkmilləşdirmə kurslarının təşkilinin
əhəmiyyətindən də danışıb. O, bildirib ki, Azərbaycanda radikalığı
təbliğ edənlərlə mübarizə aparmalıdır.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin tarixi ilə bağlı
çoxcildli kitab hazırlanır. Sənədlər Türkiyə, Gürcüstan və İrandan
gətirilib. Bu sənədlər indi MTN işçilərinin nəzarətindədir. Onlar
bizim arxivimizə də nəzarət edirlər".
QMİ sədri bildirib ki, müstəqillik dövründən sonra dinə olan
münasibət müsbət mənada dəyişib. "Keçmişdə bizə getdiyimiz yerdə
sovet mollası deyirdilər. İndi isə müstəqil dövlətik. Ölkəmizdə
bütün dinlər üçün şərait yaradılıb. Sovet dövründə 1 məscidimiz var
idi. İndi isə 2000-nə yaxındır. Sovet dövründə nə vahabi, nə nurçu
var idi. Çünki o zamanlar demokratiya yox idi, qorxu var idi. İndi
deyirlərki bəzilərinin Ermənistanla əlaqəsi var. Mən bunun
bağlı-bağlı deyə bilərəm ki, Azərbaycanın əlehinə danışan və məhzəb
ayrı-seçkiliyi salanlar emənilərdən betərdilər”.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ