Qırmızı.az
Bakıda saxta nömrə aşkarlandı – VİDEO
Xanım sürücü polisə tabesizlik göstərsə də, maşın cərimə meydançasına aparılıb.
İyunun 23-dən 24-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən reyd zamanı maraqlı olay baş verib.
Video və fotoda gördüyünüz «Hundai» markalı avtomobil Dövlət Statistika Komitəsinin qarşısında DYP əməkdaşları tərəfindən saxlanılıb. Xanım sürücü tərəfindən idarə olunan bu avtomobilin saxlanılmasının səbəbi səsboğucu qurğuya edilən müdaxilə nəticəsində avtomobilin yüksək səs çıxarması olub. Yəni, xorultulu səs çıxaran avtomobil məhz buna görə saxlanılıb. DYP əməkdaşları Avtosfer.az-ın reyddə iştirak edən əməkdaşına bildiriblər ki, xanım sürücü saxlanılarkən heç bir sənəd təqdim etməyərək harasa zəng etməyə başlayıb. Texniki vasitələrlə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bu avtomobilin üzərindəki nömrə saxtadır. Yəni, KQY-110 nömrənsi bu avtomobilə aidiyyatı yoxdur.
Qeyd edək ki, bu nömrə Avropa Birliyi ölkələrinə məxsusdur.
Avtomobili idarə edən xanım isə azərbaycanlıdır. O, yol polisi ilə
kobud danışmaqla yanaşı, hədə-qorxu da gəlib. Sonra isə maşından
düşərək uzaqlaşıb. Telefonla harasa zəng edərək avtomobilin
sahibinin gələcəyini və və sənədləri də gətirəcəyini bildirib.
Lakin həm sürücünün heç bir sənəd təqdim etməməsi, həm də
avtomobilin nömrəsinin saxta çıxması səbəbindən yol polisi
əməkdaşları həmin nəqliyyat vasitəsinə cərimə meydançasına
aparıblar.
Maraqlıdır, nömrə bu avtomobilə məxsus deyilsə, nömrə mülki şəxsin
əlinə necə keçib? Avropa Birliyi ölkələrindən Bakıya gətirilən bu
avtomobilin nömrəsi təhvil verilməli olduğu halda, saxta yolla
başqa avtomobilə necə vurulub? Hər halda, hazırda məsələ DYP
tərəfindən araşdırılır. Nəticəsi maraqlı olacaq. (aznews.az)
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ