Qırmızı.az
Bu restoranda yemək yeməyin - FOTOLAR
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Çinarlı” restoranında standartların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən
Publika.az-a verilən məlumata görə, Texniki Tənzimləmə və
Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı
şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 9 ünvanında yerləşən fiziki
şəxs Həsənov Yaşar Şahbaz oğluna məxsus “Çinarlı” restoranında
göstərilən xidmətin standartların tələblərinə uyğunluğu
araşdırılıb.
Yoxlamalar nəticəsində aşkar olunub ki, restoranda bir neçə gün
qabaqcadan hazırlanmış qazan yeməkləri yenidən qızdırılaraq
müştərilərə təqdim edilir. Müəssisədə hazırlanan “lülə” kababdan
nümunə götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest)
sınaq laboratoriyasına təqdim edilib. Götürülmüş nümunənin
müayinəsi nəticəsində kababın tərkibində ümumi mikroorqanizmlərin
və bağırsaq çöpü qrupundan olan mikroorqanizmlərin sayının normadan
kifayət qədər fərqləndiyi aşkar edilib.
Həmçinin, müəssisədə yeməklərin hazırlanması zamanı hər hansı
təsdiq edilmiş resepturadan istifadə olunmadığı, soyuducularda
ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna riayət
edilmədiyi, istismar olunan ölçmə vasitələrinin dövlət
yoxlanışından keçirilmədiyi aşkar edilib. Bundan başqa müəssisədə
realizasiyası həyata keçirilən müxtəlif növ alkoqollu və alkoqolsuz
içkilərin, həmçinin, məhsul istehsalında istifadə edilən xamalların
gigiyenik və uyğunluq sertifikatları, istifadə olunan heyvan ətinin
baytarlıq müayinəsindən keçirildiyini təsdiq edən sənəd, hazırlanan
yeməklərin sınaqlarının aparılması ilə bağlı müayinə protokolları,
işçilərin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd yoxlamaya
təqdim edilməyib.
Aşkar edilən bu və digər nöqsanlarla bağlı restoran rəhbərinə
inzibati protokol tərtib edilib. Standartların tələblərinə uyğun
gəlməyən məhsulların hazırlanması və satışı qadağan edilib.
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”