Qırmızı.az
“QİDA” akademiyası bu il də fəaliyyətini davam etdirəcək
““QİDA” akademiyası gənc nəslin inkişafını və gənclər təşkilatlarının idarəetməsində yeni nəslin cəlb edilməsini prioritet kimi götürüb.
İştirakçıların ortalama yaşı 23.4 və iştirakçıların 80% qeyri-rəhbər olması buna sübutdur. Görülmüş işlərin müsbət nəticəsini nəzərə alaraq, “QİDA” akademiyası 2014-cü ildə də davam olunacaq və yaxın gələcəkdə qış sessiyasının kursları barəsində məlumat veriləcək”.
Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə deyib. Onun sözlərinə görə, akademiya gənclərin təşkilat idarəçiliyinin təkmilləşdirilməsi və gənc kadr potensialının inkişafı üçün önəmlidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gənclər ictimai sektorunun nəzəri və praktik inkişafına nail olmaq məqsədilə 2013-cü ildə QHT-lərin İDarəetmə Akademiyasının (“QİDA”) yaradılması təşəbbüsü ilə çıxış edib.
QHT-lərin İDarəetmə Akademiyasının (“QİDA”) əsas məqsədi Gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. QHT sektorunun inkişafına sistemli yanaşmanı əsas tutan Akademiyanın kursları 4 tədris blok üzrə təyin olunub.
I tədris bloku – “QHT-lərin İdarəetmə Akademiyası” (“NGO management school”),II tədris bloku – “Layihələrin İdarəetmə Akademiyası” (“Project management school”),III tədris bloku – “Şəxsi və Peşəkar inkişaf Akademiyası” (“Personnel & Professional Capacity building School”),IV tədris bloku - “Seçmə Kursları” (“Electives”) məqsədi daşıyır.
“QİDA” akademiyasının yay və payız sessiyaları çərçivəsində keçirilən kurslar “Menecer, şəxsi potensial və qiymətləndirmə”, “Qeyri-maliyyə menecerleri üçün maliyyə bacarıqları və ya gənc menecerlər üçün maliyyə bacarıqları”, “Komanda quruculuğu”, “Ünsiyyətdə əks manipulyasiya”, “İctimaiyyətlə əlaqələr”, “Satış texnologiyaları (QHT xidmətlərinin təklifi və satışı)”, “Layihə planlaşdırılması”, “Starteji İdarəetmə”,“ Maliyyənin idarə edilməsi”, “Effektiv kommunikasiya və Komanda quruculuğu”, “Gənclər təşkilatlarının yaradılma və idarəedilmə mexanizmləri” mövzularını əhatə edib.
Qeyd edək ki, “QİDA” akademiyasını uğurla yekunlaşdıran iştirakçılar şəhadətnamələrlə təltif edilmişdir. Akademiyanın yay və payız sessiyalarında iştirak edən gənclər təşkilatları isə sertifikatla təltif ediləcəklər.
Publika.Az
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...