Qırmızı.az
Baş redaktor: “Bakıda xarici qonaqlara kompramat ötürülür”
Xəbər verdiyimiz kimi, bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış müğənni Mətanət İsgəndərlinin iddiası əsasında hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə prosesi keçirilib. Xatırladaq ki, müğənni AzNews.az xəbər saytının baş redaktoru Elchin Zahiroğlu və həmin saytın əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Xatırladaq ki, M.İsgəndərli saytda özünün narkotik istifadəçisi olduğu barədə yazıdan şikayətçidir.
Prosesə həmkarlarına dəstək olmaq üçün gələn jurnalistlərdən
Axar.az saytının baş redaktoru Anar Niftəliyev hakim Turqay
Hüseynov tərəfindən məhkəmə zalından uzaqlaşdırılacağı ilə bağlı
xəbərdarlıq alıb.
Bununla bağlı AzNews.az saytına açıqlama verən A.Niftəliyev
bildirib ki, öncə keçirilən proseslərlə bağlı həmkarlarından eşidib
və hakimin prosesdə tərəfkeşlik etdiyini öz gözləriylə görmək üçün
bugünkü iclasda iştirak edib.
Onun sözlərinə görə, bu gün keçirilən iclasda şahid olduqlarından bu qənaətə gəlib ki, hakim Turqay Hüseynov ittiham olunan jurnalistlərə qarşı qərəzi barədə deyilənlər tam həqiqətdir: “Bu prosesdə Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynovun işə qeyri-obyektiv və qərəzli münasibətinin bir daha şahidi olduq. Hər şeydən əvvəl deyim ki, bizim üçün ən maraqlı məsələ Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə tərəfindən qəbul olunması idi. Bilirsiniz ki, bir neçə gün öncə cənab Prezident İlham Əliyev AŞPA-dakı çıxışında bu məqam xüsusi olaraq vurğuladı ki, 2009-cu ildən üzü bəri Azərbaycanda diffomasiyaya görə heç bir jurnalist həbs olunmayıb. Bundan əvvəl də diffomasiya ilə bağlı məsələlər ATƏT-in nümayəndələri ilə Bakıda dəfələrlə müzakirə olumuşdu və CM 147-ci maddə ilə artıq heç bir jurnalistin mühakimə olunmadığı bəlli həqiqətdir. Belə olan təqdirdə xüsusi ittiham qaydasında verilən şikayət ərizəsi niyə qəbul olunub?”
A.Niftəliyev bildirib ki, ölkə başçısının AŞPA-da ortaya qoyduğu
iradədən sonra bu cür şikayət ərizəsini xüsusi ittiham qaydasında
qəbul edilməsinin səbəbləri maraq doğurur: “Həm də
Azərbaycan Avropa Şurasının Nazirlər Kabinetində sədrliyə başlayıb
və ölkəmiz hazırda diqqət mərkəzindədir. Eyni zamanda, ATƏT-in
iyunun 28-dən başlayan və iyulun 2-dək davam edəcək geniştərkibli
sessiyası Bakıda keçirilir. ATƏT müşahidəçilərinin və dünyanın 53
ölkəsinin 500-dən çox nümayəndəsinin, həmçinin ermənilərin Bakıda
olduğu bir məqamda bir baş redaktorun diffomasiyaya görə xüsusi
ittiham qaydasında məhkəmə prosesinin aparılması
təəccüblüdür”.
Baş redaktor hesab edir ki, ölkədə bu qədər Avropa nümayəndəsinin
olduğu bir vaxtda bu prosesin keçirilməsi təsadüfi deyil:
“Fikir verin, həmişə beynəlxalq təşkilatların nümayəndələri
Bakıda olanda hansısa məhkəmədə jurnalistə qarşı xüsusi ittiham
qaydasında ittiham irəli sürülür və məhkəmə prosesi aparılır. Sanki
gizli bir əl bütün bunları təşkil edir və diqqətlərin Bakıya
yönəldiyi məqamda bu proseslər xarici qonaqlara kompromat kimi
təqdim olunur. Qeyd etdiyim kimi, prosesdə hakimin çox ciddi
şəkildə qərəzli münasibətinin şahidi olduq. Hər şeydən əvvəl ona
görə ki, ittiham olunan tərəfin hüquqlarını müdafiə edən vəkil
Elçin Sadıqovun sualları protokola salınmırdı. Bununla bərabər,
Elçin Sadıqov israr edirdi ki, hansı sualımın salınmadığını da
protokola qeyd edin. Buna baxmayaraq, hakim həmin sualların
protokola düşməsinin qarşısını aldı və ona heç bir səbəb olmadan
xəbərdarlıq etdi. Üstəlik, ittiham olunan tərəflərin özünü
müdafiəsinə nəinki imkan vermir, hətta onların sözünü tez-tez
kəsirdi. İttiham edən tərəfin vəkilinin soruşacağı sualları Turqay
Hüseynov özü verirdi. Sanki ittiham tərəfinin vəkili funksiyasını
özü boynuna götürmüşdü”.
Anar Niftəliyev məhkəmə zalından uzaqlaşdırılmasına da aydınlıq
gətirib: “Əlimi qaldırdım və söz demək istədim. Ondan əvvəl
vəkillərlə bu barədə məsləhətləşmişdim və mənə bildirilmişdi ki,
hakimdən icazə alıb danışa bilərəm. Amma Turqay Hüseynov mənə çox
sərt, kobud şəkildə dedi ki, siz kimsiniz, zalı tərk edin. Mən də
ona izah etməyə çalışdım ki, iclasın gedişini pozmamışam, hətta söz
belə deməmişəm, sadəcə, əlimi qaldırmışam, normal şəkildə söz verə
və yaxud verməyə bilər. Yalnız bundan sonra “vermirəm” deyib,
əyləşə biləcəyimi bildirdi. Ancaq bu qədər mövqeli və qərəzli bir
prosesdə daha necə oturaydım? Hakimi qıcıqlandıran nə idi ki, əlimi
qaldırdığım anda dərhal belə kobud reaksiya verdi?”
A.Niftəliyev qeyd edib ki, bununla bağlı Ədliyyə Nazirliyinə və
Nərimanov rayon məhkəməsinin sədrinə rəsmi müraciət ünvanlayacaq:
“Məhkəmə hakiminin prosesi bu dərəcədə qərəzli,
qeyri-obyektiv münasibətini müşahidə eləmək jurnalist olaraq bizə
öz təsirini göstərməyə bilməzdi. Artıq Ədliyyə Nazirliyinə və
Nərimanov Rayon Məhkəməsinin sədrinə müraciət etmişik. Xahiş edirik
ki, bugünkü prosesin lent yazısına baxıb hakimin nə dərəcədə
qərəzli və qarşı tərəfin vəkili rolunda çıxış etdiyini özləri də
görsünlər və bu məsələyə münasibət bildirsinlər”.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər