Qırmızı.az
Ermənilər mal-qaranı diri-diri yandırdılar
Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində yanğın olub.
ANS TV-nin məlumatıan görə, Ermənistan silahlı qüvvələrinin atəşə
tutduğu bölgələrdən biri Goranboy rayonunun təmas xəttində yerləşən
Tapqaraqoyunlu kəndi olub.
Qarabağ büromuzun verdiyi məlumata görə, gecə saat 01:30
radələrindən başlayaraq təqribən yarım saat kəndi atəşə tutan qarşı
tərəf əsasən iri çaplı silahlardan və yandırıcı güllələrdən
istifadə edib. Güllələrdən birinin kənd sakinlərinin tövləsinə
dəyərək yanğına səbəb olub. Təqribən 3 saata yaxın davam edən
yanğında tövlədəki iribuynuzlu mal-qara diri-diri yanıb. Eyni
zamanda 14 ton ot da külə dönüb.
Hadisə yerinə cəlb olunan Goranboy rayon Yanğından Mühafizə
Hissəsinin əməkdaşları alovun evlərə keçməsinin qarşını ala
biliblər. Hazırda Goranboy istiqamətində təmas xəttində monitronq
keçirən ATƏT rəsmiləri də hadisənin baş verdiyi kəndədəirlər.
Kənd sakini Fikrət Nağıyevin sözlərinə görə yanğınsöndürənlər
alovun evə keçməsinin qarşısını ala biliblər.
Kənd sakini Zaur Nağıyev dedi ki, əkinyanı sahələrin çoxu erməni
işğalçılarının sərhəddinə yaxın olduğu üçün ora yaxınlaşmaq mümkün
deyil.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ