Qırmızı.az
Azərbaycan dağ yəhudiləri Holokost faciəsini qeyd ediblər
Azəbaycan Dağ Yəhudiləri Dini İcması Holokost qurbanlarının anım gününü yad edib.
Anım günü soyqırım qurbanların xatirəsi üçün bir dəqiqəlik sükutla başlayıb. Sonra isə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Holokost haqqında danışaraq, qeyd edib ki: "Holokost təkcə yəhudi xalqına qarşı deyil bütün insanlığa qarşı törədilmiş soyqırımdır.
Soyqırım zamanı günahsız 6 milyon yəhudi amansızcasına qətlə yetirilmişdir. Bu soyqırım dünya tarixində qara bir ləkə olaraq qalacaq” O həmçinin bildirib ki, min illərdir yəhudilər Azərbaycanda yaşayır və bu vaxt ərzində heç bir zaman yəhudilərə qarşı anti semitizm olmamışdır.
Bu Azərbaycan xalqının necə də tolerant xalq olmasının nümunəsidir Bu gün müstəqil Azərbaycan dövləti həm öz inkişafı ilə həm də yüksək tolerantlığı ilə dünyanın diqqət mərkəzindədir.”
Bundan sonra soyqırım qurbanlarının əziz xatirəsi üçün dualar oxunub. Sonda isə ehsan süfrəsi verilib.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ