Qırmızı.az
Prokurorluq işçilərinin statusu artırılacaq
Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə
İdarəsinin adı dəyişdiriləcək, idarənin işçilərinin statusu isə
artırılacaq.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Prokurorluq
orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının
Qanununa müvafiq əlavə və dəyişiklillər ediləcək.
Qanunun 10-cu maddəsinə edilən müvafiq dəyişikliklərə əsasən,
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı
mübarizə Baş İdarəsinin rəisi vəzifəsi ikinci təsnifata, İdarə
rəisinin müavinləri və idarə rəisləri üçüncü təsnifata,
Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin idarə rəislərinin
müavinləri və şöbə rəisləri üçüncü təsnifata aid ediləcək.
Beşinci təsnifata dair maddədə "korrupsiyaya qarşı mübarizə
sahəsində ixtisaslaşmış prokurorluq orqanının mühüm işlər üzrə
böyük əməliyyatçıları və mühüm işlər üzrə əməliyyatçıları" sözləri
isə "Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş
İdarəsinin idarə və şöbələrinin böyük prokurorları, prokurorları,
prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri, mühüm
işlər üzrə böyük əməliyyatçıları və mühüm işlər üzrə
əməliyyatçıları" sözləri ilə əvəz edilir.
Qanunun 18-ci maddəsinə edilən əlavəyə əsasən, Baş prokuror yanında
Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin işçilərinə rütbələr
İdarənin rəisinin təqdimatı əsasında veriləcək./Trend
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ