Qırmızı.az
16 yaşlı fələstinlini qətlə yetirənlər həbs olundular
İsrailin hüquq-mühafizə orqanları 16 yaşlı fələstinli
yeniyetmənin ölümündə şübhəli bilinənləri saxlayıb.
ANS PRESS-in məlumatına görə, cinayətkarların şəxsiyyəti haqqında
heç bir məlumat verilmir. Hüquq-mühafizə orqanları Muhəmməd Abu
Xdeyrin qətlini araşdırmaqda davam edirlər. Lakin hər hansı bir
nəticə açıqlanmır.
Ərəb yeniyetmə Muhəmməd Abu-Xdeyr başa çatan həftənin çərşənbə günü
Qüdsdəki hərbi hissədən qaçırılmışdı. Daha sonra onun cəsədi
şəhərin digər rayonunda tapılmışdı.
Fələstinlilər Muhəmmədin qisas zəminində 3 israil yeniyetmə
tərəfindən qətlə yetirildiyini iddia edirlər. Fələstinli
yeniyetmənin öldürülməsi xəbərindən sonra Qüdsün ərəb əhalisi
etiraz aksiyasına çıxmışdılar. Aksiyalar zamanı İsrailin
güc-strukturları ilə aksiyaçılar arasında toqquşmalar
yaşanmışdı.
İstintaqın gəldiyi qənaətə gör, yeniyetmə milli motivlər üzərində
qətlə yetirilib.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər