Qırmızı.az
"Hafka" məmurları məhkəməyə verəcək
İş adamı Hafiz Məmmədov haqqında mətbuatda yer alan məlumatların ardı-arası səngimək bilmir. “Bank of Azerbaijan” ətrafında baş verən olaylar Hafkanın vəziyyətinin elə də yaxşı olmadığını bir daha göstərmiş oldu.
"Musavat.com"un məlumatına görə, bankın pullarını götürüb, ölkədən qaçan Hafka “bankı mənim əlimdən almaq istəyirlər” deməklə, məsələnin nə dərəcədə ciddi olduğunu özü də təsdiqləmiş oldu.
Amma Hafkanın əlindən bankı kim almaq istəyir? Bu haqda sayt etibarlı mənbədən məlumat əldə etdiyini yazsa da, hələlik ad açıqlamayıb.
Hafkanın təhdid dolu verdiyi bəyanat isə göstərdi ki, o, təkcə
Azərbaycanda deyil, Avropada da sıxılmış durumdadır. “Lans”
klubunun maliyyəsini hələ də köçürməyən Hafka haqqında yazılan
həqiqətləri bu və ya digər formada təkzib etməyə çalışır.
Hafka verdiyi müsahibəsində demişdi ki, “Bank of Azerbaijan”da depozitlərin qaytarılmasında heç bir problem yoxdur. Hafkanın bu ağ yalanının şahdi olmaq üçün elə ona məxsus "Bağhlan Qrup"un binasında yerləşən bankın baş ofisinə getmək bəs edər. Yüzlərlə insan bankın qapısında hər gün səhərdən axşama qədər gözləyir ki, depozitini alsın. Ancaq hər gün insanları müxtəlif vədlərlə aldadıb, geri qaytarırlar.
İyulun 8-də bankın qarşısında baş verən dava-dalaş, insanların
Mərkəzi Banka üz tutması barədə Axar.az xəbər yaymışdı.
"Musavat.com" bu gün Hafka haqqında daha bir şok informasiya əldə edib. Xəbərə görə, o, Fransa prezidenti Ollanddan kömək istəyir. F.Ollandın yaxın çevrəsi isə baş verənlərə hələki tam soyuqqanlılıqla yanaşır.
Əldə olunan başqa bir informasiyaya görə, Hafka Azərbaycanda bir neçə məmuru məhkəməyə verəcək.
Xatırladaq ki, tanınmış jurnalist Samir Feyruzovun da Hafkaya məxsus “Bank of Azerbaijan”la problemi həll olunmamış qalır.
-
Hadisə08:25
12 yaşlı yeniyetmə süni göldə batdı
-
Sağlamlıq07:25
25 yaşdan öncə ata olan kişiləri gözləyən TƏHLÜKƏ
-
Region06:49
Gürcüstanda 5,4 bal gücündə zəlzələ oldu
-
İdman02:43
Dibala ilə Lukaku “Fənər”də? – Mourinyo nöqtəni qoydu
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO