Qırmızı.az
Quldurluq edən şəxs tutuldu (VİDEO)
Yasamal Rayon Polis İdarəsi 28-ci polis
bölməsinin əməkdaşları rayon və paytaxt ərazisində vətəndaşlara
qarşı quldurluq edən şəxsi saxlayıb.
ANS TV-nin məlumatına görə, bölmə əməkdaşlarının
keçirdiyi əməliyyat nəticəsində 1988-ci il təvəllüdlü Əsgərov
Süleyman Bayram oğlu həbs olunub. Süleyman günün istənilən vaxtında
əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla
hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş.
Saxlanılan şəxs quldurluq yolu ilə əldə etdiyi
pulları isə şəxsi istifadəsi üçün narkotik vasitələrə xərcləyib.
Süleyman məhz narkotik maddələrə olan tələbatı səbəbindən bu
cinayətləri törətdiyini deyir.
Saxlanılan şəxs Süleyman Əsgərovun sözlərinə görə,
"Əldə etdiyim pulları narkotik vasitəyə xərcləmişəm, iynə vurdum,
belə oldu".
Süleyman Əsgərov ifadəsi zamanı son 2 ay ərzində
təxminən 20-yə yaxın vətəndaşa hədə-qorxu gələrək pulunu
mənimsədiyini etiraf edib. Amma onun cinayətlərinin sayının
artacağı da istisna edilmir.
28-ci polis bölməsinin rəisi Hüseyn İmanov
bildirdi ki, əgər Süleyman Əsgərovun əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa, bu barədə bölməyə və ya Daxili İşlər
Nazirliyinin “102” qaynar xəttinə müraciət edə
bilərlər.
Faktla bağlı isə Süleyman Əsgərov barəsində
başlanan cinayət işi araşdırılması üçün Yasamal Rayon Polis
İdarəsinə göndərilib. İndiyə qədər də oğurluq və quldurluq etdiyinə
görə, bir dəfə məhkumluq həyatı yaşayan Süleymanı son cinayətlərinə
görə yenidən uzunmüddətli həbsxana həyatı gözləyir.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."