Qırmızı.az
Şeyxin müavinindən Fazil Mustafaya CAVAB
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Milli Məclisin deputatı Fazil Mustafaya cavab verib.
AzNews.az xəbər verir ki, şeyxin müavini deputatın “Dünyanın hər
yerində bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda
29 iyulda təyin olunub” fikrini belə cavablandırıb:
“Mənim nə siyasətlə, nə də siyasətçilərlə işim yoxdur. Bizim cədvəlimiz tərtib olunub və iyulun 29-da bayram namazı qılınacaq. Şamaxı Rəsədxanasının, Elmlər Akademiyasının birgə tərtib etdiyi cədvələ əsasən işimizi görürük. Bizim digər məsələlərə müdaxilə etmək fikrimiz yoxdur”.
Qeyd edək ki, F.Mustafa sosial şəbəkədəki profilində Qafqaz
Müsəlmanları Ruhani İdarəsinin fətvasına qarşı çıxmışdı: “Deyəsən,
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası QUM saatına baxılaraq
yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü QUM tutub.
Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran dininin mənəvi
müstəmləkəsi olaraq qalır.
Kim istəyirsə, gedib öz namazını İran ayətullalarının arxasında
qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi
utancverici bir haldır”.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı