Qırmızı.az
Yarım milyon manatlıq korrupsiya faktının üstü açıldı
"Türkan Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntuları ilə əlaqədar toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə,
cəmiyyətin sürücü-ekspeditoru Siyavuş Nəsibovun qulluq mövqeyindən
sui-istifadə etməklə fiziki şəxs qismində sahibkarlıqla məşğul olan
Samir Abbasi ilə əlbir olaraq telefon danışıq kartlarının
satışından əldə olunmuş 452.0 min manat məbləğində pulu müəssisənin
hesabına mədaxil etməyərək mənimsəmələrində şübhələr üçün əsaslar
olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya
israf etmə), 179.3.2 və 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək