Erməni tərəfi səfərbərlik elan etdi – VİDEO
Bizi izləyin

Qırmızı.az

Erməni tərəfi səfərbərlik elan etdi – VİDEO

Düşmənlə təmas xəttində baş verən son hadisələr və ermənilərin böyük itkilər verməsi Dağlıq Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbərliyini məyus edib.

Publika.az-ın məlumatına görə, artıq separatçı rejimin “Müdafiə Nazirliyi” Azərbaycanın Milli Ordusu ilə təmas xəttində döyüşmək üçün hərbçi tapa bilmir. Buna görə də qondarma respublika rəhbərliyi artıq səfərbərlik elan edib. Belə ki, artıq Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşan və yaşı 45-ə qədər olan şəxslər hərbi xidmətə çağırılır.

Qeyd edək ki, erməni televiziyalarından birində yayımlanan süjetdə də Qarabağ döyüşləri zamanı Azərbaycana qarşı vuruşmuş erməni veteranların və digər yaşlı insanların cəbhə xəttində xidmət göstərməsini əks etdirən video nümayiş olunub.

Publika.az həmin videonu da oxuculara təqdim edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm