Qırmızı.az
Nazirlik bir qrup əlili Yunanıstana müalicəyə göndərdi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin xaricdə bərpa müalicəsinin təşkili işlərinin davamı olaraq, daha bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstana bərpa müalicəsinə yola salınıb. Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, onlar həmin ölkənin Soloniki şəhərində yerləşən,
səmərəli fizioterapevtik müalicə metodları, yüksək xidmət səviyyəsi
və peşəkar həkim-reabilitoloq personalı ilə nüfuz qazanmış
"Anagennisi" Tibbi-reabilitasiya sanator mərkəzində bərpa müalicə
kursu keçəcəklər. Tibbi innovasiyaların geniş tətbiq olunduğu
mərkəzdə əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşmaya
səbəb olan müalicə prosedurları tətbiq edilir.
Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə bərpa müalicəsi
istiqamətində müvafiq işlər görülür. Belə ki, son 6 ayda 85 nəfər
bu qəbildən olan uşağın Latviya Respublikasının Yurmala şəhərindəki
"Vaivari" Tibbi-reabilitasiya mərkəzində ixtisaslaşmış müalicəsi
təşkil edilib. ƏƏSMN aidiyyatı struktur bölmələrindən olan
əməkdaşlar əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud
uşaqların adıgedən mərkəzlərdə yerləşmələrinə və bərpa müalicə
xidməti ilə təmin olunmalarına nəzarət etmək üçün həmin ölkələrə
ezam olunurlar. Onlar həmçinin getdikləri ölkələrin reabilitasiya
təcrübələrini də öyrənirlər.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi